Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb

Oxunma sayı: 798
Dünya       18 Fevral 2020, 13:40
Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Pakistanın cənubunda Karaçi limanında zəhərli naməlum qazın havaya sızması nəticəsində ölənlərin sayı artıb.

 

Azmedia.az-ın “Geo TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində zəhərlənərək ölənlərin sayı 9-a çatıb.

 

Naməlum qazdan zəhərlənənlərin sayı isə 500 nəfərə yüksəlib.

 

Yerli hakimiyyət orqanları sakinlərin liman ərazisindən təxliyəsi üçün hazırlıqlara başlayıb.

 

Qeyd edək ki, daha əvvəl Karaçi limanında naməlum zəhərli qazın sızması nəticəsində azı 5 nəfərin öldüyü bildirilib, 70 nəfər isə zəhərlənib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar