İsrail əsgərləri "Həmas qadınlarına" tamah salıb başlarına iş açdılar

Oxunma sayı: 2012
Dünya       18 Fevral 2020, 16:15
İsrail əsgərləri "Həmas qadınlarına" tamah salıb başlarına iş açdılar

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İsrail əsgərləri Həmas tərəfindən göndərilən qadın fotolarına görə aldadılıb.

 

Azmedia.az Türk KİV-lərinə istinadən xəbər verir ki, Həmas xakerləri İsrail əsgərlərinin telefonlarına qulaq asmaq, həm də mövqelərini öyrənmək üçün proqram hazırlayıb.

 

Belə ki, onlar proqramların telefonlarına yüklənməsi üçün özlərini qadın kimi təqdim ediblər və qız şəkilləri göndərərək İsrail əsgərlərini aldadıblar.


"Həmas, bu fotoşəkil də daxil olmaqla, bəzi fotoşəkilləri olan saxta sosial media profilləri yaratmaqla İsrail Müdafiə Qüvvələrinin (İD) əsgərlərini haker hücumuna məruz qoyub. İsrail kəşfiyyatı bu sui-qəsd barədə məlumat əldə edib, zərərli proqramı izləyib və Həmasın xaker hücumunun qarşısını alıb. Həmas üzvləri özlərini qurduqları və İsrail əsgərlərinə saxta sosial media hesablarında qadın kimi təqdim ediblər. Həmas üzvləri İsrail əsgərlərindən foto və ünsiyyətin davamı üçün proqram təminatını istəyib. Beləliklə, proqramı yükləyən İsrail əsgərlərinin dəqiq mövqeləri Həmas tərəfindən ələ keçirilib", - deyə məlumatda bildirilir.

 

Ayişə Əhmədova

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar