Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar ötən ay 72% artıb

Oxunma sayı: 561
Cəmiyyət       18 Fevral 2020, 16:32
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar ötən ay 72% artıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2 mln. ton yük və 406 min sərnişin daşınıb.

 

Azmedia.az  Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata əsasən bildirir ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə dəmir yolu ilə yük daşınmasında 0,8% azalma, sərnişin daşınmasında isə 72% artım müşahidə olunub.

 

Məlumata əsasən, orta hesabla sutkada 358 vaqon yüklənilib, 318 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,4 min ton, Qərb istiqaməti üzrə 3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar