Azərbaycanlı məşhurun qızının sevgilisi XALQ ARTİSTİNİN OĞLU ÇIXDI - Bir toyda... (FOTO)

Oxunma sayı: 305
Yerli       18 Fevral 2020, 22:45
Azərbaycanlı məşhurun qızının sevgilisi XALQ ARTİSTİNİN OĞLU ÇIXDI     - Bir toyda... (FOTO)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əməkdar artist Nahidə Orucova "Hər şey daxil"də 10 gün əvvəl Xalq artisti, məşhur opera ifaçısı Fidan Qasımovanın oğlu Fəridlə ailə quran qızı Bilqeyisin tanışlıqlarından danışıb.
 

Azmedia.az Milli.Az-a istinadən xəbər verir ki, aktrisa qızı ilə Xalq artistinin oğlunun təsadüfən bir toy məclisində qarşılaşdıqlarını bildirib.
 

Nahidə Orucova arzusuna çatdığını bildirib:
 

"Tanışlıqları təsadüfən olub. Məclislərin birində tanış olublar. Özü də çox qəribədir ki, Fidan xanımgil tərəf də çox şöhrətpərəstliyi sevmirlər. Onlar tanış olanda bilmirdilər ki, qarşısındakı kimin övladıdır. Birinci Xuraman xanım da, Fidan xanım da zəng etdi. Sonra bildik, elçi gələndə gördük ki, kimdir. Tam ayrı sahələrdə işləyirlər. Mənim qızım Xarici Dillərin Filologiyasını iki dil üzrə bitirib və oğlanın da başqa bir sənəti var. Təsadüfən bir toyda görüşüblər. Qismət, qismətdən artıq yemək olmaz. Həmişə deyirdim ki, elə bir tərəflə quda olum ki, intelegent, aristokrat olsun. Yəni, mənim arzum bu idi. Bu dərəcədə olmağını mən heç vaxt gözləməzdim. Bu, Allahın yazısıdır".
 

Xatırladaq ki, məclis Bakının dəbdəbəli şadlıq saraylarından birində baş tutmuşdu. Gecədə Xalq artistləri Eyyub Yaqubov, İlqar Muradov, Aygün Kazımova, Miri Yusif və başqa məşhur simalar iştirak etmişdilər.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar