Bakıda 28 cinayətin üstü açılıb

Oxunma sayı: 796
Cəmiyyət       19 Fevral 2020, 10:13
Bakıda 28 cinayətin üstü açılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

Azmedia.az  BŞBPİ-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata əsasən bildirir ki,  paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də 28 cinayətin üstü açılıb.

 

Onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

 

Narkotiklərlə əlaqəli 3, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 16 nəfər saxlanılıb.

 

İtkin düşmüş kimi axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar