FHN əməkdaşları Bakıda 3 ağırçəkili şəxsə kömək etdi

Oxunma sayı: 768
Cəmiyyət       19 Fevral 2020, 15:27
FHN əməkdaşları Bakıda 3 ağırçəkili şəxsə kömək etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər xəstə qadının mənzilinə qaldırılması üçün müraciət daxil olub.
 

 

Azmedia.az   nazirliyə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
 

Bundan başqa Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa köməklik göstərilib.


Daha bir oxşar hadisə Suraxanı rayonunda qeydə alınıb. Ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün FHN-ə müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar