Azərbaycanda xəstəxanada ölən şəxsin meyiti icazəsiz yarılıb? - AÇIQLAMA

Oxunma sayı: 877
Hadisə       19 Fevral 2020, 16:12
Azərbaycanda xəstəxanada ölən şəxsin meyiti icazəsiz yarılıb?     - AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sosial şəbəkələrdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölən xəstənin meyitinin ailəsinin icazəsi olmadan yarıldığına və orqanlarının çıxarıldığına dair məlumatlar yayılıb. Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olmaqla yanaşı, insanları narahat edib.

 

Azmedia.az  oxu.az-a  istinadən xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölən xəstənin meyitinin yarılaraq orqanlarının çıxarıldığına dair yayılan məlumatlar əsassızdır.

 

Belə ki, sözügedən xəstənin meyiti ailə yaxınlarının müşayiəti ilə morqa göndərilib:

 

“Fəhlə kimi təqdim edilən 1982-ci il təvəllüdlü xəstə fevralın 13-ü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkim müayinəsi nəticəsində xəstəyə qanaxma, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Xəstənin vəziyyətinə uyğun olaraq həkimlər tərəfindən zəruri tibbi müdaxilələr edilib. Lakin xəstə həmin gün saat 15:00-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Xəstənin meyiti qohumlarının, qardaşının və polis əməkdaşlarının müşayiəti ilə morqa göndərilib. Heç bir orqan çıxarılması və ya digər məsələlərdən söhbət gedə bilməz”.

 

Məlumatda o da qeyd olunub ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında orqan mafiyası və digər neqativ hallarla bağlı şübhəsi olan şəxslər bu barədə hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar