Azərbaycanda ölüm faktına görə həkimlərə verilən cəza tədbirləri açıqlandı

Oxunma sayı: 744
Cəmiyyət       20 Fevral 2020, 12:29
Azərbaycanda ölüm faktına görə həkimlərə verilən cəza tədbirləri açıqlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığorta sisteminin həyata keçirildiyi müəssisələrdə baş verə biləcək ölüm halları zamanı hansı tədbirlərin görüləcəyini açıqlayıb.

 

Azmedia.az  trend-in məlumatına əsasən bildirir ki, Z.Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, əgər tibb müəssisəsində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırılır. Ölüm halının baş verməsində həkim səhlənkarlığı olarsa, xəstəxana rəhbərliyi həmin tibb işçisinə töhmət verə bilər. Ölüm faktından asılı olaraq, həkim vəzifəsindən uzaqlaşdırıla da bilər:

 

"Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, onlar toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar