Polis axtarışda olan 26 nəfəri saxladı

Oxunma sayı: 490
Kriminal       22 Fevral 2020, 10:49
Polis axtarışda olan 26 nəfəri saxladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də 34 cinayətin üstü açılıb.

 

Azmedia.az xəbər verir ki,Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

 

Narkotiklərlə əlaqəli 7, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.
 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar