MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək

Oxunma sayı: 579
Siyasət       22 Fevral 2020, 11:33
MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftə Milli Məclisə keçirilən seçkilərə yekun vuracaq.

 

Azmedia.az  report-a istinadla xəbər verir ki,  Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

 

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-da başa çatır. 

 

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar