Koronavirusa görə İrandan gətirilən mallara QADAĞA QOYULUB? - RƏSMİ

Oxunma sayı: 466
İqtisadiyyat       22 Fevral 2020, 11:48
Koronavirusa görə İrandan gətirilən mallara     QADAĞA QOYULUB? - RƏSMİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Son iki gün müddətində İranda koronavirusdan artıq 4 nəfər dünyasını dəyişməsi faktı yaxın və qonşu ölkələri narahat etməyə başlayıb. 

Məhz bu səbəbdən artıq bir neçə ölkə İranla sərhədi bağlayıb və bu ölkədən gətirilən malların girişinə qadağa qoyulub. 

 

Bəs mövcüd vəziyyətlə bağlı Azərbaycan hansı qərarı verəcək?

 

Azmedia.az  news24.az-a istinadla xəbər verir ki,  bu suala cavab tapmaq üçün Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundovla əlaqə saxlayıb. Komitə rəsmisi açıqlamasında bu məsələylə bağlı hələ heç bir addım atılmadığnı deyib: “Biz icraedici orqanıq. Dövlət sərhədlərin bağlanması bizim səlahiyyətimizdə deyil”. 

 

Qurum sözçüsü İrandan gələn bağlamalarla bağlı məsələyə də aydınlıq gətirib: "Hazırda İrandan sifariş edilən bağlamalarla bağlı heç bir qadağanın olmadığını vurğulayıb". 
 

Qeyd edək ki, İranda korovirusa yoluxan 4 nəfər dünyasını dəyişib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar