Vasif Talıbov onu yüksək vəzifəyə TƏYİN ETDİ

Oxunma sayı: 542
Siyasət       22 Fevral 2020, 12:30
Vasif Talıbov onu yüksək vəzifəyə     TƏYİN ETDİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında Fərman imzalayıb.
 

 

Fərmanda deyilir:
 

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
 

Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilsin.

Azmedia.az  bakupost.az-a istinadla xəbər verir ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı Sərəncamla "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar