Üç gün ərzində hava necə olacaq? - AÇIQLAMA

Oxunma sayı: 264
Ölkə       22 Fevral 2020, 12:37
Üç gün ərzində hava necə olacaq?     - AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Fevralın 24-də ölkə ərazisində cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq.

 

Azmedia.az  oxu.az-a istinadla xəbər verir ki, bunu  oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir:

 

“Fevralın 22-si, 23-ü və 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Fevralın 24-də respublika ərazisində arabir cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq. Havanın temperaturu gecə saatlarında 4-7 dərəcə, günorta saatlarında isə 9-11 dərəcə arasında dəyişəcək”.

 

G.Məmmədova qeyd edib ki, bölgələrdə də üç gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq:

 

“Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskin olacaq. Havanın temperaturu bölgələrdə günorta saatlarında 12-17, dağlıq ərazilərdə isə 6-11 dərəcə isti təşkil edəcəyi gözlənilir”.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar