Azyaşlılara siqaret satanlar cərimələndi

Oxunma sayı: 440
Ölkə       22 Fevral 2020, 14:43
Azyaşlılara siqaret satanlar cərimələndi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri birgə reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azmedia.az -a verilən məlumata görə, həmin satıcılar – A.Səmədov və Z.Bağırova barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar