Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ

Oxunma sayı: 571
Xarici       22 Fevral 2020, 17:49
Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hindistan kinomatoqrafçıları "Thalli Pogathey" filminin çəkilişləri üçün Azərbaycanda olub.

 

Azmedia.Az Modern.az-a istinadən xəbər verir ki, baş rollarını Anupama Parameşvaran və Amitaş Pradxanın oynadığı filmin bir hissəsi Xızı rayonunun ərazisində çəkilib.

 

"Biz 6 saatdan çox zirvəyə doğru getdik. Bu müddətdə bütübn çəkiliş avadanlıqlarını da özümüzlə daşıyırdıq. Səhnə dağın başında çadır qurmuş 3 baş qəhrəmanı göstərməlidir. Xızı dağlarından möhtəşəm mənzərə açıldığı üçün buranı seçdik. Bazadan erkən 5:00-da çıxsaq da, dağın zirvəsinə 11:00-da çatdıq. Bu zaman temperatur -8 ilə -11 arasında dəyişirdi və tez-tez qar yağırdı"-deyə filmin rejissoru Kanaan Pkareş deyib.

 

45 nəfərlik komanda axşam saat 17:30-da çəkilişi bitirməyi bacarıb. Bundan başqa, çəkiliş qrupu Bakının Malakan Bağında da (Xaqani Bağı) gecə saat 3:00-da çəkiliş aparıblar. Bu zaman ətrafdan insanlar çəkiliş meydançasında baş verənləri maraqla seyr ediblər.  

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar