Əfsanəvi basketbolçunun anım mərasimində duyğusal anlar yaşandı - VİDEO - FOTO

Oxunma sayı: 560
İdman       25 Fevral 2020, 09:16
Əfsanəvi basketbolçunun anım mərasimində duyğusal anlar yaşandı     - VİDEO - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən ay Los Ancelesdə helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayant üçün "Staples Center"də anın mərasimi keçirilib.

 

Azmedia.az  milli.az-a  istinadən  xəbər verir ki, mərasimdə basketbolçunun həyat yoldaşı Vanessa Brayant 13 yaşında həlak olan qızı Canna üçün "O, mənim işığım idi. Hər günümü aydınlandıran gün işığım. Tanrı onların bu dünyada bir-birilərindən ayrı qalmayacağını bilirdi. Onları birlikdə evimizdən aldı. Kobi, Cicimizə yaxşı bax" deyib.

 

Mərasimdə söz alan bütün zamanların ən yaxşı basketbolçularından hesab edilən Maykl Cordan danışarkən göz yaşlarına hakim ola bilməyib. O, "Kobi ilə birlikdə mənim bir parçam öldü. Bütün dünyada hər birimizin bir parçası öldü. Onu tanıdıqca ona ən gözəl qardaşlığı etməyə çalışdım" deyə fikirlərini ifadə edib.

 

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Onun göyərtəsində olan 9 nəfərin hamısı həlak olub.

 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar