Azərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın: “Ərim evə görə mənə şər atırdı” - ÖZƏL

Oxunma sayı: 869
Cəmiyyət       25 Fevral 2020, 12:45
Azərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın:     “Ərim evə görə mənə şər atırdı” - ÖZƏL

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İsmayıllıda həyat yoldaşının dostu ilə qaçdığı deyilən qadın şərləndiyini iddia edir.

 

Azmedia.az    oxu.az-a istinadla xəbər verir ki, açıqlama verən Məlahət Hacıyeva bildirib ki, 27 ildir evli olduğu Sərvan Hacıyevlə daim problemi olub:

 

“Sərvan həmişə içirdi, evdə dava salırdı. Məni hamının yanında təhqir edirdi. Son olaraq deyirdi ki, səni şərləyib, tutduracağam. Buna görə ondan boşanmaq qərarına gəldim”.

 

M.Hacıyeva onlarının ailələrində baş verən münaqişələri S.Hacıyevin bacısının yaratdığını deyir:

 

“Birlikdə aldığımız və yaşadığımız ev mənim adıma idi. Buna görə də dəfələrlə məni şərləyirdilər, incidirdilər ki, evi onların adına keçirim”.

 

M.Hacıyeva qoşularaq qaçdığı deyilən, həyat yoldaşının dostu Raqub Əhmədovla dostluq münasibətlərinin olduğunu bildirib:

 

“Raqubgillə ailəvi dost olmuşuq. Mən Raqubla bir yerdə işləmişəm. Ona qardaş demişəm, o da mənə bacı deyib”.

 

M.Hacıyeva hazırda İsmayıllının Sumağallı kəndində atasının evində qaldığını vurğulayıb:

 

“Məni və Raqubu şərlədiyi üçün məhkəməyə də müraciət edəcəyik”. 

 

Qeyd edək ki, mətbuatda İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar