Məşhur filmin çəkilişləri koronavirusa görə dayandırıldı

Oxunma sayı: 870
Mədəniyyət       26 Fevral 2020, 18:28
Məşhur filmin çəkilişləri koronavirusa görə dayandırıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İtaliyada koronavirusla əlaqədar olaraq “Çətin tapşırıq 7” (“Mission: Impossible 7”) filminin çəkilişləri dayandırılıb.

 

Azmedia.az xəbər verir ki,  “RİA Novosti”nin məlumatına görə, bu barədə “Paramount” kino şirkətinin bəyanatında bildirilib.

 

Çəkilişlər Venesiyada aparılmalı idi. İtaliyada 200-dən çox koronavirusa yoluxma halı qeydə alınıb, bir neçə şəhər karantindədir. Venesiyanın özündə heç bir karantin yoxdur, ancaq şəhər rəhbərliyi kütləvi tədbir və görüşlərə qadağa qoyub.

 

“Paramount” şirkətindən bildirilib ki, belə bir qərar aktyorlar və çəkiliş qrupunun təhlükəsizliyinin təmini üçün alınıb.

 

Baş rolda Hollivud ulduzu Tom Kruzun oynadığı “Çətin tapşırıq” filminin artıq 6 seriyası yayımlanıb. Bu seriyadakı filmlər 3,5 milyard dollardan çox gəlir əldə edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar