Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Oxunma sayı: 910
Mədəniyyət       26 Fevral 2020, 11:00
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdən öncə, XX əsrin ən dəhşətli və qanlı faciələrindən olan Xocalı soyqırımını özündə əks etdirən kitablar və fotostendə baxış keçirilib.

 

Azmedia.az   sia-a istinadla xəbər verir ki, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib və Xocalıda törədilən qanlı hadisələr, dinc sakinlərin amansızcasına qətlə yetirilməsi, yüzlərlə insanın əsir götürülməsi, şəhərin tamamilə dağıdılması barədə ətraflı məlumat verib.

 

Fərhad Babayev faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərdiyini bildirib. Həmçinin, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox dövlətlərində xüsusi layihələrin hazırlandığını və silsilə tədbirlərin keçirildiyini qeyd edib. Keçirilən tədbirlərdə Xocalının ağır tank və digər zirehli hərbi texnikanın gücü ilə yer üzündən silinməsi, körpə, uşaq, qoca, qadına fərq qoymadan insanların amansızlıqla, ağlasığmaz vəhşiliklə qətlə yetirilməsi, əsirlərə görünməmiş işgəncələrlə divan tutulmasını əks etdirən fotosənədlərdən ibarət sərgilərin təşkil edildiyini və ingilis, fransız, alman, rus, macar dillərində bu faciədən bəhs edən bukletlərin təqdim edildiyini bildirib. Bundan əlavə, müxtəlif ölkələrdə tədbirlər, aksiyalar keçirilir, çap olunan kitablar, jurnallar, posterlər və çəkilən sənədli filmlər dünya ictimaiyyətinə təqdim olunur.

 

Tədbirdə digər çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.

Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar