"Real Madrid" "Mançester Siti"yə, "Yuventus" "Lion"a qarşı

Oxunma sayı: 478
İdman       26 Fevral 2020, 11:37
"Real Madrid" "Mançester Siti"yə, "Yuventus" "Lion"a qarşı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

 

Azmedia.az   matc.az-a istinadən xəbər verir ki, bu gecə daha iki qarşılaşma keçiriləcək.

 

Turun mərkəzi görüşü İspaniyada baş tutacaq. "Real Madrid" evdə "Mançester Siti" ilə üz-üzə gələcək. La Liqada son iki turda qalib gələ bilməyən "Kral klubu"yla, Premyer Liqada çempionluqdan uzaq düşən "şəhərlilər"in qarşıdurması maraqla gözlənilir. Qarşılaşma öncəsi hər iki tərəfdə də itkilər var. Madrid təmsilçisində Asensio və Eden Azar kənarda qalacaqsa, "Mançester Siti" uzun müddətdir zədəli olan Leroy Sanedən istifadə edə bilməcək.

 

Gecənin digər matçı isə Fransada baş tutacaq. "Lion" doğma meydanda "Yuventus"u qəbul edəcək. Hər iki görüş Bakı vatı ilə saat 00:00-da başlayacaq.

 

Çempionlar Liqası, 1/8 final mərhələsi

 

"Lion" - "Yuventus"

 

Lion. "Park Olimpik Lion". Hakim: Jesus Manzano

 

"Real Madrid" - "Mançester Siti"

 

Madrid. "Santiaqo Bernabeu". Hakim: Daniel Orsato

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar