Yevlaxda kişi həbsdən çıxan qohumunu öldürdü

Oxunma sayı: 759
Kriminal       26 Fevral 2020, 11:56
Yevlaxda kişi həbsdən çıxan qohumunu öldürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yevlax rayonunda həmyerlisini öldürməkdə təqsirli bilinən Murad Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Azmedia.az  teleqraf.com-a  istinadən  xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası fevralın 27-nə təyin edilib.
 

Qeyd edək ki, Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.

 

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

 

İstintaq orqanı tərəfindən Murad Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar