Koronavirus yayılandan Çində PREZERVATİV satışı ARTIB - Siyahıda artan daha nələr var?

Oxunma sayı: 590
Dünya       26 Fevral 2020, 12:14
Koronavirus yayılandan Çində PREZERVATİV satışı ARTIB     - Siyahıda artan daha nələr var?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çində koronavirusun yayılması fonunda bir sıra məhsulların satışı kəskin artıb.
 

 

Azmedia.Az-ın  lenta.ru-ya istinadən verdiyi xəbərə görə, epidemiya nəticəsində çinlilər daha çox oyun konsolları, yoga xalçaları, kitab və prezervativ almağa başlayıblar.


Beləliklə, 2020-ci ilin fevral ayının iki həftəsi ərzində idman alətləri və xalçalar bir il əvvəlkindən 2,5 dəfə çox satılıb. Kitab satışı isə 60 faiz artıb.
REKLAM

 

İctimai yerdə maska taxmaq qaydası göz kölgəsi və pomada satışını kəskin artırıb. Şanxayın "Wanqing Consulting" şirkətinin rəhbəri Lu Çjenvan ehtimal edir ki, insanlar işə getməyib evdə çox vaxt keçirdikləri üçün, bəlkə də, qadınlar makiyaj bacarıqlarını təkmilləşdirməyə çalışırlar.
 

Prezervativlər fərdi saytlarda ən çox satılan məhsulların onluğundadır.
 

Müxtəlif sobaların satışı isə yeddi dəfə artıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar