Gölməçə alim ər-arvadın həyatını xilas etdi - VİDEO

Oxunma sayı: 876
Dünya       26 Fevral 2020, 12:57
Gölməçə alim ər-arvadın həyatını xilas etdi     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-ın Kaliforniya ştatında meşədə azan iki alim bir həftə gölməçədən su içməklə dolanıb. Onların xilası üçün genişmiqyaslı axtarış əməliyyatı həyata keçirilib.

 

Azmedia.az  oxu.az-a  istinadən xəbər verir ki, 77 yaşlı linqvist Kerol Kiparski və 72 yaşlı tədqiqatçı-alim Yan İrvin Tomals körfəzi yaxınlığında yürüşə çıxıblar. Sonra isə onlardan xəbər alınmayıb.  

 

Bir gün sonra onlar kirayə qaldıqları evi boşaltmalı idilər. Lakin ev sahibi onların bütün əşyalarının, o cümlədən mobil telefon və pul qablarının evdə olduğunu görüb. Həmçinin, Kiparski və İrvin planlaşdırılan ailə tədbirində iştirak etməyib.

 

İrvinin oğlunun sözlərinə görə, onlar cütlüyün başına qorxunc hadisə gələ biləcəyindən narahat olublar.

 

İtkinlərin axtarışı üçün yüzlərlə könüllünün də iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatına başlanıb. 

 

Bir həftədən sonra xilasedicilər meşədə kiminsə yardıma çağırdığını eşidiblər. Cütlük meşənin elə sıx yerində olub ki, onlara çatmaq üçün könüllülər torpaqda qarnı üstə sürünmək məcburiyyətində qalıblar.

 

Məlum olub ki, alimlər hava qaralandan sonra yollarını azıb. Onların yanında yemək və su olmayıb. Azdıqdan sonra onlar balaca bir gölməçə tapıblar və xilas olunana qədər oradan su içməklə dolanıblar.

 

Zərərçəkənlərin xilası üçün əməliyyata helikopter cəlb olunub. Xilas olunan alimlər xəstəxanaya yerləşdirilib.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar