Futbolda SOS: AVRO-2020 keçirilməyə bilər

Oxunma sayı: 666
İdman       26 Fevral 2020, 14:25
Futbolda SOS:     AVRO-2020 keçirilməyə bilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu ilin yayında keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ləğv oluna və ya təxirə salına bilər.

 

Azmedia.az  oxu.az-a istinadla  xəbər verir ki, buna səbəb açılış oyununun keçiriləcəyi İtaliyada koronavirus epidemiyasının yayılmasıdır.

 

Bu barədə açıqlamanı UEFA-nın vitse-prezidenti Mişel Uva İtaliyanın “Rai Radio”suna açıqlamasında deyib. O bildirib ki, UEFA hazırda gözləmə mövqeyindədir. Uva qeyd edib ki, AVRO-2020-nin keçirilməsi hadisələrin durumundan asılıdır.


İtaliya A Seriyasının XXV turunun “İnter” – “Sampdorya”, “Atalanta” – “Sassuolo”, “Verona” – “Kalyari” və “Torino” – “Parma” görüşləri koronavirusa görə təxirə salınıb. Çindən yayılan bu virus artıq İtaliyada 11 nəfərin ölümünə səbəb olub.

 

Qeyd edək ki, AVRO-2020 12 şəhərdə keçirilməlidir. Yarışın dörd oyununun Bakıda keçirilməsi nəzərdə tutulub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar