İndoneziyanın “Cakarta” voleybol klubu Xocalı soyqırımını yad

Oxunma sayı: 798
İdman       26 Fevral 2020, 14:46
İndoneziyanın     “Cakarta” voleybol klubu Xocalı soyqırımını yad

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İndoneziyanın qadınlardan ibarət “Cakarta” voleybol klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

 

Azmedia.az  apasport.az-a istinadla xəbər verir ki,  saytının məlumatına görə, klub bununla bağlı kollektiv şəkil çəkdirərək, sosial şəbəkə vasitəsilə paylaşıb.

 

Baş məşqçisi Ziya Rəcəbov olan, milli komandamızın sabiq oyunçuları Natalya Məmmədova və Odina Əliyevanın formasını geyindiyi “Cakarta” klubunun üzvləri əllərində Azərbaycan və İndoneziya bayraqları, üzərlərində isə ingiliscə “Xocalıya ədalət” yazılan forma ilə dəstək nümayiş etdiriblər.

 

Qeyd edək ki, ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar