İranın 243 kəndi ilə əlaqə kəsilib

Oxunma sayı: 596
Dünya       26 Fevral 2020, 15:19
İranın 243 kəndi ilə əlaqə kəsilib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sel İranın qərbində yerləşən Lorestan vilayətində 243 kəndlə əlaqə yollarını kəsib.

 

Azmedia.az  trend-ə  istinadən xəbər verib ki, bunu İranın Yol və Nəqliyyat Təşkilatının sədr müavini Xudadad Moqəbbeli deyib. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, infrastrukturlara 5-6 trilyon rial (təxminən 119-142 milyon dollar) xəsarət dəyib.

 

Moqəbbeli əlavə edib ki, Lorestan vilayətində 258 yerdə torpaq sürüşməsi qeydə alınıb.

 

Təşkilat rəsmisi bildirib ki, əsas problem Xürrəmabad-Poldoxtər istiqamətindədir və bu istiqamətdə Kəşkan çayı daşıb.

 

Qeyd edək ki, ötən gecədən İranda güclü yağışlar yağmağa başlayıb. Hazırda İranın bir çox yerində yağış və qar yağır. Yağıntılar bir sıra qəzalara səbəb olub. Belə ki, İsfahan vilayətində 8 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəzada 101 nəfərin xəsarət aldığı bildirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar