"Arsenal"ın ulduzu "Qarabağ"dan danışdı: "Həmin gecə yata bilməmişdim"

Oxunma sayı: 642
İdman       26 Fevral 2020, 15:19
"Arsenal"ın ulduzu "Qarabağ"dan danışdı:     "Həmin gecə yata bilməmişdim"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Arsenal"ın ulduz futbolçusu Bukayo Sako klubun rəsmi saytına açıqlama verib.

 

Azmedia.az  yeni sabah-a  istinadla xəbər verir ki, 18 yaşlı oyunçu 2018-ci ilin 13 dekabrında Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunu (1:0) xatırlayıb.

 

Hücumameyilli yarımmüdafiəçi sözügedən qarşılaşmanı unutmadığını bildirib: "Qarabağ"la oyunda start heyətdə çıxacağımı öncədən demişdilər. Həmin gecəni yata bilməmişdim. Ailəm məni dəstəkləmək üçün oyuna gəlmişdi. Oyunda geyindiyim formanı özümlə götürdüm. O forma evimdə divardan asılıb. Həmin günü heç vaxt unutmaram. "Qarabağ"la matç yadımdan çıxmaz. Qol vurmaq üçün həqiqətən də böyük şansım var idi".

 

Qeyd edək ki, futbolçu həmin oyunda qol vura bilməsə də, qarşılaşmanın ən yaxşısı seçilmişdi.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar