Kənan MM "Survivor"da iştirak edən "Kobra Pərviz" haqqında DANIŞDI: " Hıçqıraraq ağlayıb mənə səs göndərmişdi ki..."

Oxunma sayı: 645
Yerli       26 Fevral 2020, 15:24
Kənan MM "Survivor"da iştirak edən "Kobra Pərviz" haqqında DANIŞDI:     " Hıçqıraraq ağlayıb mənə səs göndərmişdi ki..."

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55


Bu gün Xocalı soyqırımından 28 ili tamam olur. Faciənin ildönümü ilə əlaqədar bir çox məşhurlar Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Onların arasında məşhur rejissor Kənan Mahmudovun paylaşımı diqqət çəkib. Rejissorun paylaşımı "Survivor 2020 " yarışmasında iştirak edən, "Kobra" ləqəbi ilə məşhurlaşan peşəkar kikboksinq üzrə altıqat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayevlə bağlıdır.

 

Azmedia.az xəbər verir ki, danışan Kənan Mahmudov bildirib ki, Qarabağ yarası hər birimizindir: "Amma Pərviz o yaranın şah damarıdır. Hər zaman bu barədə söhbətlərimiz olurdu. Keçən il mən "Savaşçı" filmində oyanayan zaman Xocalı soyqırımı ilə bağlı paylaşım etmişdim. Pərviz mənə anasının qucağında ağlayaraq son dəfə "ana" deyən uşağın videosunu atmışdı. Arxasınca isə hıçqıraraq ağlayıb mənə səs göndərmişdi ki, buna necə dözüb, yaşayaq. Pərviz çox vətənpərvər oğlandır. Bizim onunla bu söhbətimiz ürəyimdə bir travma kimi qalıb. Pərvizlə mən uzun müddətdir ki, dostuq. Biz onunla eyni düşüncədə olduğumuz üçün bir-birimizi tamamlayırıq. Pərvizlə sonuncu dəfə "Survivor"da iştirakdan əvvəl danışdıq. Qaydalara görə, telefonları təhvil verirlər. Mən ona dedim ki, tək özün üçün deyil, bütün Azərbaycan üçün ordasan. O bildirdi ki, həyatda necədirsə, orada da elə olacaq. Bəzən orada onun üzərinə qışqırırlar. İnanın ki, həyatda heç kim o səs tonu ilə onunla danışa bilməz. Pərviz peşəkar idmançı olduğuna görə gücünü orada deyil, ancaq rinqdə göstərir. Yarışda ancaq xarakter, oyun göstərir. Allah yolunu açıq etsin. İnşallah qalib gələr".

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar