Beşqat Olimpiya çempionu qrup şəklində TƏCAVÜZ EDİB - İTTİHAM (FOTOLAR)

Oxunma sayı: 656
İdman       26 Fevral 2020, 15:48
Beşqat Olimpiya çempionu qrup şəklində          TƏCAVÜZ EDİB - İTTİHAM (FOTOLAR)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Taekvondo üzrə Olimpiya çempionu, kanadalı Stiven Lopez 2010-cu ildə qrup şəklində edilən təcavüzdə ittiham olunur.


Azmedia.az-ın big.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "The Daily Beast" yazır.


Belə ki, Odrey-Enn LeBlank adlı qadının sözlərinə əsasən, Lopez Dallas otellərinin birində onun içkisinə bihuşedici maddə qatdıqdan sonra digər iki kişi ilə birgə təcavüz edib.


Qeyd edək ki, bu, Lopezə qarşı səsləndirilən ilk seksual xarakterli ittiham deyil.
 

Belə ki, idmançının qurbanı olduğunu iddia edənlərin sayı artıq 6 nəfərə çatıb.


Lopez beş Olimpiadada çıxış edib. İki dəfə Olimpiya Oyunlarının qalibi olub (2000 və 2004-cü illərdə). Pekin Olimpiadasında bürünc medal qazanan Stiven, həmçinin, beşqat dünya çempionudur.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar