Ana oğlunu soyuducudan yemək götürdüyünə görə kürəklə döyüb, öldürdü - FOTO

Oxunma sayı: 875
Dünya       26 Fevral 2020, 16:01
Ana oğlunu soyuducudan yemək götürdüyünə görə kürəklə döyüb, öldürdü      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ögey oğlunu döyərək öldürən qadına hökm oxunub.

 

Azmedia.az  milli.az-a  istinadla xəbər verir ki, 6 yaşlı oğlanı kürəklə döyüb öldürən qadının 18 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub.

 

34 yaşlı Yulia Blokhina ötən ilin aprel ayında Stepan Kukin adlı ögey oğlunu soyuducudan ərzaq götürdüyünə görə döyərək öldürüb. Uşağa mətbəxə girməyə qadağa qoyan Yuliya onu cəzalandırmaq üçün döydüyünü söyləyib.

 

Dəhşətli hadisə Rusiyanın Voloqda vilayətində baş verib. Uşağın yarası o qədər çox olub ki, hakimin həmin xəsarətləri sadalaması 40 dəqiqə çəkib.

 

Məhkəmədə bildirilib ki, qadın uşağın ürəyinin getdiyini gördükdə təcili tibbi yardıma zəng edib. Hadisə yerinə gələn həkimlərin müdaxiləsinə baxmayaraq 6 yaşlı Stefanın həyatını xilas etmək mümkün olmayıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar