"Spirt və maska koronavirusdan qorumur" – Həkimdən bədbin proqnoz

Oxunma sayı: 757
Sağlamlıq       26 Fevral 2020, 16:04
"Spirt və maska koronavirusdan qorumur"     – Həkimdən bədbin proqnoz

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"İnsanların qələbəlik olduğu yerlər – metro stansiyaları, məktəblər, universitetlər birinci risk qrupu sayılır. Bu məkanlarda olan insanların koronovirusa yoluxma ehtimalı daha yüksəkdir. Virusun açıq havada yayılma ehtimalı isə minimuma yaxındır".


Azmedia.az  xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında tanınmış həkim Arzu Əhmədova deyib. Həkim bildirib ki, yaşlı insanlar və uşaqlar həssas təbəqə olduqları üçün ailə üzvlərinin onların səhhətinin qeydinə qalması daha vacibdir. Onun sözlərinə görə valideynlər uşaqlarını hətta evdə belə əllərini tez-tez yumasına diqqət yetirməlidirlər.

 

"Koronovirusdan qorunmaq istəyən insan nəinki əllərini, hətta burnunun içini də tez-tez yumalıdır. Məktəblərdə hər tənəffüs zamanı pəncərələrin açılmasına, otağın havalandırılmasına ehtiyac var. Otağa yeni hava axını daxil olduqda virusun aktivliyi kəskin şəkildə aşağı düşür", – deyə A.Əhmədova bildirib.

 

Həkim spirt və maskadan istifadə etməyin əleyhinə olmadığını deyib. Amma qeyd edib ki, maska və spirtdən istifadə etmək virus təhlükəsini cəmi 5 faiz önləyir. Onuz sözlərinə görə, vitamin və gücləndirici dərmanlarlardan profilaktik tədbir kimi istifadə etmək məsləhətdir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar