Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Oxunma sayı: 4480
Cəmiyyət       26 Fevral 2020, 17:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Azmedia.az  trend-ə  istinadən bildirir ki, saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro qatarları fit verib.

 

Ölkənin digər şəhər və rayonlarında, eləcə də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayrağı endirilib.

 

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar