Bakıda qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi

Oxunma sayı: 575
Hadisə       26 Fevral 2020, 22:08
Bakıda qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda kişi bıçaqla şəhər sakinlərinə hücum edib.

 

Azmedia.Az bildirir ki, Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs tərəfindən törədilib:

 

"Onun hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə, həmin ünvandan qaçmağa çalışıb. Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq, 27-ci Polis Bölməsinə təhvil verilib".

 

E.Hacıyev qeyd edib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar