Bakıda xaçapuri və simit istehsal edən müəssisədə antisanitar vəziyyət - FOTO

Oxunma sayı: 936
Cəmiyyət       28 Fevral 2020, 14:35
Bakıda xaçapuri və simit istehsal edən müəssisədə antisanitar vəziyyət      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Azmedia.az  AQTA-ya istinadən  xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

 

Ümumi sahəsi 25 m2-lik ayrıca tikilidə təşkil edilmiş kustar üsulla xaçapuri və simit istehsalı və satışı ilə məşğul olan sexdə yoxlama zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən olunub.

 

Sexdə istifadə olunan sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların və unlu məmulatlar yığılan rəfin istismar müddətinin bitdiyi, onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Unun saxlanması, ələnməsi, yoğrulması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışının eyni sahədə təşkil edildiyi aşkarlanıb. Bu isə qida təhlükəsizliyi baxımından istehsal olunan məhsulların fiziki, kimyəvi və mikrobioloji çirklənməsi üçün əsaslı təhlükə yaradacaq risk ehtimalını artırır.

 

İstehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

 

Qanunvericiciliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar