Kəmaləddin Heydərovun 1 milyonluq cəriməsi... - LƏĞV OLUNDU

Oxunma sayı: 1029
Cəmiyyət       5 Mart 2020, 10:10
Kəmaləddin Heydərovun 1 milyonluq cəriməsi...     - LƏĞV OLUNDU

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı Apelyasiya Məhkəməsində “Gilan Holdinq” MMC və Fövqəladə Hallar Nazirliyinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən cərimələnməsi ilə bağlı qərarla bağlı ayrı-ayrı şikayətlərə baxılıb.
 

Azmedia.az  bakupost.az-a  istinadən  xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərarlar elan edilib.
Qərarlara əsasən hər iki qərar ləğv edilib və baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.


Qeyd edək ki, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, “Gilan Holdinq”i şirkəti 632209 ABŞ dolları, FHN-isə 331 min avro məbləğində cərimələyib.


Onlar İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar