Neftçalaya yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

Oxunma sayı: 610
Cəmiyyət       5 Mart 2020, 14:20
Neftçalaya yeni icra başçısı təyin edildi     - SƏRƏNCAM

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Azmedia.az "Report"a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. M.Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi, "İrəli" İctimai Birliyinin sədridir. 

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 20-də Neftçala rayonunda əməliyyat keçirib, 6 vəzifəli şəxs saxlanılıb. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar