Azərbaycanda 793 nəfər xəyanətə görə boşandı - RƏSMİ STATİSTİKA

Oxunma sayı: 569
Cəmiyyət       5 Mart 2020, 14:28
Azərbaycanda 793 nəfər xəyanətə görə boşandı     - RƏSMİ STATİSTİKA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən il Azərbaycanda qeydiyyat şöbələrində qeydə alınmış nikahın pozulmasının sayı 17.301 olub.

 

Azmedia.az mediapost-a istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib. Məlumatda müxtəlif səbəblərdən boşananların statistik məlumatları öz əksini tapıb.

 

Belə ki, 1256 nəfər xasiyyətlərinin tutmamasına, 793 nəfər xəyanətə, 724 nəfər uşaqların olmamasına, 709 nəfər ailədaxili zorakılığa, 654 nəfər maddi duruma, 605 nəfər qısqanclığa görə boşanıb.

 

1256 nəfərin nikahı isə sərxoşluq və digər səbəblərə görə pozulub.

 

Xatırladaq ki, ötən il ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah qeydə alınıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar