"Sərnişindaşıma xidməti göstərən şirkətlər tələbləri bəzən qulaqardına vururlar" - ŞƏRH

Oxunma sayı: 665
Cəmiyyət       5 Mart 2020, 14:31
"Sərnişindaşıma xidməti göstərən şirkətlər tələbləri bəzən qulaqardına vururlar"     - ŞƏRH

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Əslində qəzalar, yol hərəkəti nəqliyyatının tənzimlənməsi, iştirakçıların cərimələnməsi kimi işlərə Dövlət Yol Polisi baxır. Amma Bakı Nəqliyyat Agentliyi (BNA) də ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan avtobus qəzalarının aradan qaldırılması üçün müəyyən addımlar atır".

 

Azmedia.az mediapost-a istinadla xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O, sözügedən addımlara misal kimi daşıyıcı şirkətlər qarşısında avtobuslarla bağlı texniki tələblər irəli sürülməsi, sürücülərlə bağlı müəyyən tələblər qoyulmasını göstərib:

 

“Ümumiyyətlə, BNA bu günə qədər sürücülərlə bağlı çox iş görüb. Qurum sənədi olmayıb sərnişin daşıyan, qanunsuz sərnişindaşıma ilə məşğul olan, yol hərəkəti qaydalarını daimi pozan sürücülərlə müntəzəm işləyir, şikayətlər ciddi qaydada, qrup halında araşdırılır. Lakin yol polisi də bu işə qoşulmalı və BNA-ya yardım etməlidir.

 

İctimai nəqliyyatda konkret müəyyən edilmiş standartlar BNA tərəfindən daşıyıcı şirkətlərə bildirilib. Təəssüf ki, sərnişindaşıma xidməti göstərən şirkətlər bu tələbləri bəzən qulaqardına vururlar. Tələblərə əməl edilməməsi sonradan yol qəzaları ilə nəticələnir. Ona görə də 2020-ci ildən köhnə avtobuslar tamamilə dövriyyədən çıxarılmalıdır”.

 

E.Cəfərovun sözlərinə görə, artıq bir neçə ildir ki, BNA-nın sürücülərə qarşı apardığı mübarizə öz nəticəsini verir:

 

“Texniki baxımdan yararsız avtobusların xətdən kənarlaşdırılması, eləcə də qaydaları pozan sürücülərin işdən uzaqlaşdırılması, peşəkar sürücülərin cəlb edilməsi avtobus qəzalarının sayının azalmasına müsbət təsir göstərir. Amma təəssüf ki, bəzən belə halları müşahidə edirik. Burada əsas problem daşıyıcı şirkətlərdədir. Bu tələblər yerinə yetirilsə, problemlər də tədricən aradan qalxacaq”.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar