Çətin işləri asanlaşdırar – “Qəmər” surəsinin fəzilətləri

Oxunma sayı: 319
Din       23 Mart 2020, 09:00
Çətin işləri asanlaşdırar     – “Qəmər” surəsinin fəzilətləri

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Qəmər" surəsi - Quranın 54-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 55 ayəsi vardır.

 

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: "Hər kim "Qəmər" surəsini günün ortasında oxuyarsa - Qiyamətə o halda daxil olar ki, üzü on dörd günlük ay kimi parlayar. Hər kim onu gecə oxuyarsa - daha yaxşıdır və Qiyamət günü o halda gələr ki, üzü ağlıqdan parlayar".

 

İmam Sadiq (ə) bbuyurur: "Hər kim "Qəmər" surəsini oxuyarsa, Allah onu qəbrindən o halda çıxardar ki, behişt dəvələrindən birinə minmişdir".

 

Bu surənin bərəkətləri:

 

1. İnsanların arasında sevimli olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim cümə günü zöhr zamanı "Qəmər" surəsini yazar və onu əmmaməsinin altında qoyar və ya yanında qərar verərsə - insanların yanında sevimli və abırlı olar".

 

2. Çətin işlər asanlaşar. İmam Sadiq (ə) buyurur: "Əgər cümə gününün zöhründə "Qəmər" surəsini yazsanız və yanınızda qərar versəniz, Allahın izni ilə çətinlik asanlaşar".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar