Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü - SİYAHI

Oxunma sayı: 284
Dünya       26 Mart 2020, 00:53
Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü     - SİYAHI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün ABŞ-da koronavirusa yoluxanların sayı 9707 nəfər artıb. Onlardan 128 nəfəri vəfat edib. Azmedia.az oxu.az-a istinadən xəbər verir ki, sutkanın ölüm sayına görə ən pis nəticəsi isə İtaliyadadır. Ölkədə koronavirus pandemiyasından bu gün 683 nəfər ölüb və nəticədə ümumi say 7503-ə çatıb. İspaniyada koronavirusdan ölənlərin sayı daha 454 nəfər artaraq 3445 nəfər olub. Bu isə İspaniyanın ölüm sayına görə Çini ötməsi deməkdir. Xatırladaq ki, Çində bu virusdan ölüm sayı 3281-ə bərabərdir. Son sutka ərzində Çində COVID-19-dan ölənlərin sayı cəmi dörddür. Bu məlumatlar Worldometers.info saytında yer alıb. Xatırladaq ki, hazırda dünya üzrə bu pandemiyadan vəfat edənlərin sayı 20876-ya bərabərdir.
Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar