Rumıniya paytaxtının bütün sakinləri koronavirus testindən keçiriləcək

Oxunma sayı: 116
Dünya       26 Mart 2020, 16:53
Rumıniya paytaxtının bütün sakinləri koronavirus testindən keçiriləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tezliklə Buxarestin bütün sakinləri koronavirusla bağlı yoxlamadan keçirilə bilər.

 

Azmedia.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Antena 3” telekanalının efirində Rumıniyanın səhiyyə naziri Viktor Kostake bildirib.

 

"Biz Cənubi Koreyada olduğu kimi mobil qrupların köməyi ilə Buxarestin bütün sakinlərini koronavirus yoxlamasından keçirmək üçün innovasiya proqramını reallaşdırmaq istəyirik. Hazırda bizə 2-5 milyon test lazımdır", - Kostake bildirib.

 

Səhiyyə Nazirliyinin başçısı qeyd edib ki, bu gün analizlər karantində olan bütün insanlardan götürülmür. O, gələn həftə ölkədə COVID-19-u yoxlamaq üçün ölkədə daha çox test olacağına ümidini ifadə edib.

 

Qeyd edək ki, Rumıniyada koronavirusa 906 yoluxma qeydə alınıb. Ölkədə 17 xəstə pandemiyanın qurbanı olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar