Serxio Ramos koronavirusla mübarizəyə qoşuldu

Oxunma sayı: 309
İdman       26 Mart 2020, 13:31
Serxio Ramos koronavirusla mübarizəyə qoşuldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə mübarizəyə daha bir ulduz futbolçu qoşulub.

 

Azmedia.Az komanda.az-a istinadən xəbər verir ki, Madrid "Real"ının kapitanı Serxio Ramos da belə bir nəcib təşəbbüslə diqqət mərkəzinə düşüb.

 

İspaniyalı təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, 264 571 maska, 15 min test və 1000 qoruyucu geyim dəsti alıb. O, bu işi UNİCEF-in dəstəyi ilə gördüyünü də diqqətə çatdırıb. Ramosun sözlərinə görə, bütün bu ləvazimatlar martın 27-də İspaniyaya çatdırılacaq.

 

UNİCEF də bu barədə rəsmi açıqlama yayıb və bu yardımı üçün ispaniyalı ulduz futbolçuya təşəkkür edib.

 

Qeyd edək ki, İspaniya Avropada İtaliyadan sonra koronavirus qurbanlarının sayına görə ikinci yerdədi.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar