Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək

Oxunma sayı: 721
Dünya       28 Mart 2020, 15:00
Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Böyük Britaniyada koronavirusla maraqlı mübarizə üsuluna əl atacaqlar. 

 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, "Medical Detection Dogs" təşkilatı, Darem Universiteti və London gigiyena və tropik tibb məktəbi itlərə COVID-19-a yoluxan insanları qoxusuna görə seçə bilməyi öyrədəcəklər.

 

Bildirilir ki, itlər insanda onkologiyanı, Parkinson xəstəliyini, malyariyanı və digər bakterial infeksiyaları artıq müəyyən edə bilirlər.

 

Mütəxəssislərin sözlərinə əsasən, hər xəstəliyin xüsusi iyi var. Buna görə də, alimlər hesab edirlər ki, itlər koronavirusu aşkar etməyi altı həftə ərzində öyrənə biləcəklər. Bundan sonra isə onları hava limanlarında ölkəyə gələnləri yoxlamaq üçün istifadə etmək olar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar