İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

Oxunma sayı: 483
Dünya       28 Mart 2020, 20:16
İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İran koronavirusla mübarizəyə və iqtisadiyyata dəyən ziyanın aradan qaldırılmasına 23,8 milyard dollar ayıracaq.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbbi Tehranda keçirdiyi brifinqdə deyib. O bildirib ki, sahibkarlara və şirkətlərə 17,87 milyon dallar həcmində güzəştli kredit ayrılacaq ki, onlar fəaliyyətlərini davam etdirsinlər.

 

Ə.Rəbbi qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsait əsasən xəstəxanaların yeni tibbi avadanlıqlarla təchiz olunmasına yönəldiləcək.

 

İranın "Pishtaz Teb Zaman Diagnostics" şirkətinin rəhbəri Yunis Vahidi koronavirusun müəyyən edilməsi üçün test yaradıb. Bu gün test İranda geniş tətbiq olunur və yoluxan insanlar müəyyən edilir. Artıq 20 ölkədən bu testin alınması haqqında şirkətə sifariş daxil olub. Lakin şirkət İranın ehtiyacını tam ödədikdən sonra testi ixrac etməyə başlayacaq.

 

BMT-nin İnsan hüquqları üzrə ali komissarı Mişel Batçelet bəyan edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları koronavirusla mübarizəyə imkan vermir. Bu da bütün dünya üçün böyük təhlükə törədir. Sanksiyalar İranla yanaşı, virusun Əfqanistan və Pakistana da geniş yayılmasına səbəb olacaq. Çünki bu ölkələrin İran ilə sıx əlaqələri var. Sanksiyalar milyonlarla insanın ölümünə səbəb ola bilər.


ABŞ-ın "The New York Times" və "The Washington Post" qəzetlərinin 27 mart tarixli nömrəsində dərc olunan redaksiya məqalələrində Prezident Donald Trampa müraciət olunub. Müraciətdə İrana qarşı tətbiq olunan sanksiyaların nisbətən yumşaldılması xahiş edilib.

 

Hər iki qəzetdə dərc olunan məqalələr tərcümə edilərək İran mətbuatında yayımlanıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar