“Maaşın azaldırılmasından narahatıq" - FİFPro-dan çağırış

Oxunma sayı: 321
İdman       28 Mart 2020, 20:45
“Maaşın azaldırılmasından narahatıq"     - FİFPro-dan çağırış

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) koronavirus pandemiyası səbəbindən maddi problemlər yaşayan klubların durumundan narahatdır.

 

Azmedia.Az apasport.az-a istinadən bildirir ki, qurum bununla bağlı milli assosiasiyalara müraciət edib.

 

FİFPro böhranla üzləşən klubların vəziyyətini müzakirə etmək üçün assosiasiyalarla çıxış yolunun müzakirəsinə hazırdır: "Bir çox ölkələrdə klubların futbolçuları ilə müqaviləyə xitam verməsindən və ya birtərəfli şəkildə maaşını azaltmasından narahatlıq keçiririk. Bunun qarşısının alınması üçün milli assosiasiyaları həm klubların, həm də futbolçuların maraqlarının bərabər şəkildə qorunması məsələsini müzakirə etməyə çağırırıq".

 

Qeyd edək ki, koronavirus pandemiyasının bütün dünyada yayılması səbəbindən əksər ölkələrdə çempionat dayandırılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar