“Albaniya duam altındadır”

Oxunma sayı: 936
Cəmiyyət       28 Mart 2020, 20:38
“Albaniya duam altındadır”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Müəllim, sizi çox istəyrəm. Allah sizi qorusun. Duam sizinlədir”. Sonuncu mesajlarım bundan ibarət oldu. Ondan sonra telefonu söndürüb kənara qoydum. Mən ilk dəfə idi ki, onun üçün göz yaşları tökürdüm. Onsuz da Naxçıvanla bağlı xatirələrimi düşünüb dəhşətli dərəcədə pis olmuşdum. Bir də bu duyğunun üstünə sevdiyin bir müəllimin Vətəndən kənarda olması və çarəsizcəsinə orada qalması xəbərini almaq çox ağır bir hissdir.

 

Məni tanıyanlar bilir ki, müəllimlərimə bağlı olan, onlarla aid hər bir məqama laqeyd qala bilməyən bir insanam. Keçmiş yazılarımdan birində dediyim kimi, kənardan güclü görünən, lakin gecələr başını balışına qoyub xısın-xısın ağlayan, bəzən susan, bəzənsə susduran bir jurnalistdir Rövşən Tahir. Bax bu gecə həmin hissləri yaşayıram, susub xısın-xısın ağlayıram. Dünyanı cənginə alan bu virusun bizi sevdiklərimizdən uzaqda tutmasına üsyan edirəm. Dörd divara üsyan edirəm, yerə üsyan edirəm, göyə üsyan edirəm. Yox, Allaha üsyan etmirəm. İnsanlara üsyan edirəm. Ki Allah bizə əməllərimizə görə cəza verir.

 

Qəribə də olsa, bir xarakterimi deyim, sevdiyim insanların olduğu məkan mənə də doğma olur. Bugün Məşdi müəllim İsmayılov Albaniyadadır. Ona görə də Albaniya mənim duam altındadır. Onu qorumaq üçün duam altındadır, ona nəsə olmasın deyə duam altındadır.

 

Bir az öncə professor Qulu Məhərrəmli ilə danışarkən qeyd etdi ki, Rövşən karonavirusdan sonrakı mərhələni görür, pozitiv baxır. Düz deyir, mən inanıram, inanıram ki, biz yenə də əvvəlki günlərimizə qayıdacağıq və mən yenidən müəllimimlə görüşəcəm. Buna inanıram.

 

Rövşən Tahir

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar