Amerikalı alimlər: "Koronavirus çox ləng mutasiyaya uğrayır"

Oxunma sayı: 488
Dünya       29 Mart 2020, 23:42
Amerikalı alimlər: "Koronavirus çox ləng mutasiyaya uğrayır"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bir qrup amerikalı alim tərəfindən yeni növ SARS-CoV-2 koronavirusunun 8 fərqli ştammı təhlil edilib.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, koronavirusun çox kiçik sürətlə mutasiya etdiyi aydınlaşıb.

 

Qeyd olunur ki, SARS-CoV-2 koronavirusu qrip virusu ilə müqayisədə 10 dəfə daha ləng mutasiyaya uğrayır.

 

Alimlərin sözlərinə görə, bu fakt "Covid-19" infeksiyasına qarşı hazırlanan vaksinin onilliklər boyunca koronavirusdan qoruyacağına ümid yaradır.

 

Qeyd edək ki, bu günədək dünyada 680 minə yaxın şəxs koronavirusa yoluxub, 31 mindən çox şəxs virusun qurbanı olub.

Paylaş
Loading...
Çox oxunanlar