Azərbaycanda hamıya vurulan bu peyvənd koronavirusdan da qoruyurmuş - Dünya elmi ŞOK-da!

Oxunma sayı: 3727
Dünya       29 Mart 2020, 23:20
Azərbaycanda hamıya vurulan bu peyvənd koronavirusdan da qoruyurmuş     - Dünya elmi ŞOK-da!

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirusun tüğyan etdiyi dövrdə bir çox qərb alimlərində virusun postsovet dövlətlərində geniş yayılmaması ciddi təəccüb və maraq doğurur.

 

Həqiqətən Rusiya, Ukrayna, Azərbaycan və digər keçmiş sovet ölkələrində koronavirusdan ölüm halları Avropa və ABŞ ilə müqayisədə demək olar yox dərəcədədir.

 

Azmedia.az Saglamolun.az-a istinadən xəbər verir ki, vəziyyəti analiz etdikdən sonra alimlər çox maraqlı nəticəyə gəliblər. Onların fikrinə görə, bunun səbəbi postsovet ölkələr və həmçinin bəzi digər koronavirusdan daha az zərər çəkən (Hindistan və s.) ölkələrdə BSJ peyvəndinin kütləvi şəkildə tətbiq olunmasıdır. Nəzərinizə çatdıraq ki, Azərbaycanda da bütün yenidoğulmuşlara bu peyvənd vurulur. Misal üçün, Avropa ölkələrində və ABŞ-da bu peyvəndin vurulması məcburi deyil.

 

Hazırda Avstraliya alimləri vərəm əleyhinə vaksinin genişmiqyaslı sınağına başlayır. Vaksin ilk olaraq 4000 tibb işçisinə vurulacaq. Eksperimentin nəticələri yarım ildən sonra məlum olacaq.

 

Həmçinin BSJ ilə bağlı araşdırmalar Hollandiya, Fransa, İspaniyada və ABŞ-da nəzərdə tutulub.

 

Nəzərinizə çatdıraq ki, BSJ-nın koronavirusa təsiri hələ tam sübut olunmayıb.

Paylaş
Loading...
Çox oxunanlar