Moskvada bütün sakinlər üçün evdə özünütəcrid rejimi tətbiq olununb

Oxunma sayı: 803
Dünya       30 Mart 2020, 11:03
Moskvada bütün sakinlər üçün evdə özünütəcrid rejimi tətbiq olununb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Evdə özünü təcridetmə rejimi koronavirus səbəbindən bütün Moskva sakinləri üçün tətbiq edilib və martın 30-dan qüvvəyə minəcək.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz bloqunda Rusiya paytaxtının meri Sergey Sobyanin deyib.

 

S.Sobyanın bildirib: "Bu gün COVID-2019-un geniş miqyaslı və sürətli yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər haqqında fərman imzaladım. Sabahdan etibarən, yaşından asılı olmayaraq, Moskvanın bütün sakinləri üçün evdə özünü təcridetmə rejimi tətbiq olunur".

 

Mənzildən çıxmağa yalnız təcili tibbi yardıma müraciət etmək, həyat və sağlamlıq üçün digər təhlükələr olduğu halda, iş üçün, ən yaxın mağazada alış-veriş etmək, heyvanları evdən 100 m-dən çox olmayan məsafədə gəzdirmək, zibilləri atmağa gedəndə hallarında icazə verilir:

 

"Önümüzdəki həftə ərzində evə nəzarət və vətəndaşların hərəkəti üçün qurulmuş qaydalar sistemi quraşdırılacaq. Tədricən, lakin davamlı olaraq bu vəziyyətdə lazımlı nəzarəti gücləndirəcəyik".

 

Bundan əlavə, Moskva sakinlərinə zəruriyyət olmadan evdən çıxmamaq, həmçinin ən azı 1,5 m məsafəni qorumaq tələb olunub.

Paylaş
Loading...
Çox oxunanlar