Bu ölkədə tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib

Oxunma sayı: 315
Dünya       30 Mart 2020, 13:46
Bu ölkədə tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Səudiyyə Ərəbistanında yeni növ koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda 5 milyon ədəd tibbi maska gizlədən, onları sonra satmağı planlaşdıran şəbəkənin üzvləri həbs edilib və onların barəsində cinayət işi açılıb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat verən rəsmi SPA agentliyi həmin maskaların müsadirə edilərək ölkədəki apteklərə paylanıldığını bildirib.

 

Krallığın Səhiyyə Nazirliyinin martın 29-na olan məlumatına görə, bu ölkədə COVID-19 virusundan ölənlərin sayı 9 nəfərə çatıb. Koronavirusa yoluxma halları isə daha da artaraq 1299 olub. Xəstələrdən 12 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Bu gün Kral Salman bin Əbdüləzizin sərəncamı ilə Məkkə və Mədinədən sonra Ciddə şəhərinə giriş-çıxışlar da bağlanılıb. Ümumilikdə, ölkənin 13 vilayəti arasında nəqliyyatın və insanların hərəkəti qadağan edilib.

Paylaş
Loading...
Çox oxunanlar